AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı - VİDEO  - YENİLƏNİB
03 avqust 2026 16:50 (UTC +04:00)

AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı - VİDEO - YENİLƏNİB

0

Buzovnada dənizdə batanlar tanınmış jurnalistin ailə üzvlədir. 

Lent.az "Xitab24"ə istinadən xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.

***

saat 14:34

Xəbərə video əlavə olunub.

***

saat 11:44

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

17 yaşlı Həmidova Aysel xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 12 yaşlı Həmidov Əlinin meyiti isə sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 22 yaşlı Həmidov Ruslanın axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1650

Oxşar yazılar