Türkiyədə hərbi çevrilişə cəhddən sonra aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Ankara prokurorluğunun apardığı istintaqın nəticəsi olaraq həbs ediliblər.
Aralarında baş nazir aparatının mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurdan sonra məhkəməyə təhvil veriləcəklər.