Türkiyədə "quş qripi" (H5N1) aşkarlanıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Mardinin Boğaziye kəndində toyuq və digər ev quşlarında H5N1 virusu aşkarlanıb.
Kənddə qarantiya elan olunub, 1000-ə qədər ev quşu xəstəliklə əlaqədar məhv edilib.