Türkiyədə 4,6 maqnitudalı zəlzələ oldu
Bu gün Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub.
ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 16.08 radələrində baş verən zəlzələnin ocağı Sakarya rayonunun Hendek qəsəbəsində 7 km dərinlikdə olub.
Zəlzələ İstanbul daxil olmaqla, Mərmərə bölgəsində hiss edilib.
Hələlik dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
1201