Türkiyənin Çankırı bölgəsində 119 qanunsuz miqrant saxlanılıb.
APA-nın “CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında qadın və uşaqların olduğu bildirilir.
Miqrantlar Ağrı əyalətindən İstanbula avtobus və avtomobillərlə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların Əfqanıstan, Pakistan və Suriya vətəndaşı olduğu bəlli olub. Hadisə ilə bağlı dörd nəfərin həbs edildiyi qeyd olunur.