Küveytdən İstanbula uçan "Turkish Airlines"a məxsus "Airbus 320" sərnişin təyyarəsi İranın Kermanşah şəhərinin Şəhid Əşrəfi İsfahani hava limanında təcili eniş edib.
Trend-in "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, təcili enişin səbəbi texniki nasazlıq olub.
Təyyarənin sərnişinləri hava limanının yaxınlığındakı mehmanxanaya yerləşdirilib.
Məlumata görə, sərnişinləri İstanbula götürmək üçün Türkiyədən təyyarə yola düşüb.