Türkiyə təyyarələrinə Suriyaya daxil olmağa imkan verilmədi
28 oktyabr 2016 16:18 (UTC +04:00)

Türkiyə təyyarələrinə Suriyaya daxil olmağa imkan verilmədi

0

Türkiyə hərbi təyyarələri Hələb şəhərinin şimal istiqamətindən Suriya hava məkanına daxil olmağa çalışıblar.

 

APA-nın məlumatına görə, bu barədə Rusiyanın “Sputnik” agentliyi təhlükəsizlik strukturlarındakı mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, Türkiyə hərbi təyyarələri Suriya və Rusiya hərbçilərinin xəbərdarlığından sonra geri qayıdıblar.

 

Xatırladaq ki, Türkiyə ordusu bu il avqustun 24-də Suriya ərazisində İŞİD-ə qarşı “Fərat qalxanı” adlı əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar