Türkiyə Təhsil Nazirliyindən Qarabağla bağlı xüsusi göstəriş
15 avqust 2016 18:02 (UTC +04:00)

Türkiyə Təhsil Nazirliyindən Qarabağla bağlı xüsusi göstəriş

Türkiyə Milli Təhsil Nazirliyi sentyabrın 15-dən 18-dək Ermənistanın Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək, qondarma “Dağlıq Qarabağ Respublikası”nın 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransa Türkiyə tərəfindən hər hansı iştirakın olmaması barədə Yenilik və Təhsil Texnologiyaları İdarəsinə müraciət edib. APA-nın “ilerihaber.org”a istinadən verdiyi məlumata görə, müraciətin aidiyyəti orqanlara çatdırılması xahiş olunub.

 

Bildirilir ki, bununla bağlı Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

 

Məktubda Azərbaycanın ərazisinin 20 faizinin 25 ilə yaxındır Ermənistan tərəfindən işğala məruz qaldığı və Ermənistan tərəfindən bu ərazilərə xarici nümayəndə heyətlərinin dəvət olunması istiqamətində səylər göstərildiyi vurğulanır.

 

Yenilik və Təhsil Texnologiyaları İdarəsi isə bu müraciəti vilayət milli təhsil idarələrinə və valiliklərə göndərərək həmin konfransa dəvət olunduqları halda iştirakdan imtina etmələri xahiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar