Türkiyə sərhədində PKK üzvü SEPAH zabitini öldürdü
29 may 2019 15:50 (UTC +04:00)

Türkiyə sərhədində PKK üzvü SEPAH zabitini öldürdü

0
İranda Türkiyə sərhədi yaxınlığında PKK terror təşkilatının İran qolu olan PJAK-la İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri arasında qarşıdurma yaşanıb.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, qarşıdurma dünən axşam saatlarında ölkənin şimal qərbində, Çaldıran mahalının Segrik kəndi yaxınlığında baş verib.
 
Nəticədə SEPAH-ın zabiti İbrahim Axundzadə həyatını itirib.
 
Sərhəddən İrana keçmək istəyən terrorçularla hərbçilər arasında çıxan qarşıdurmada daha bir neçə terrorçu məhv edilib.
 
Həmçinin onlara məxsus texnika və rabitə vasitələri müsadirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar