Türkiyə Kataloniyanın müstəqillik elan etməsini pislədi
28 oktyabr 2017 02:48 (UTC +04:00)

Türkiyə Kataloniyanın müstəqillik elan etməsini pislədi

Türkiyə İspaniyanın ərazi bütövlüyünə hörmət edir, Kataloniya parlamentinin müstəqillik elan etməsini pisləyir.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

 

"Kataloniya parlamenti tərəfindən atılan addım doğru qərar deyil. Biz İspaniyanın ərazi bütövlüyünə, ölkənin konstitusiyasına və ispan xalqının iradəsinə hörmətlə yanaşırıq. Parlamentin birtərəfli qaydada  qəbul etdiyi qərar İspaniya Konstitusiyasına, onun qanunlarına ziddir və region əhalisinin iradəsini əks etdirmir. Şübhə etmirik ki, dost və müttəfiqimiz olan İspaniya bu sınaqdan uğurla keçəcək", bəyanatda deyilir.

 

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Ötən gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib,  hökumət isə Kataloniya parlamentini buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar