Türkiyə hələbli qaçqınlar üçün çadır düşərgəsi qurur
14 dekabr 2016 02:43 (UTC +04:00)

Türkiyə hələbli qaçqınlar üçün çadır düşərgəsi qurur

0

Türkiyə Suriyanın Hələb şəhərindən qaçqın düşmüş 80 min sakin üçün çadır düşərgəsi qurur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib.

 

“Ən çox qaçqın qəbul etmiş Türkiyə Suriyanın Hələb şəhərindən qaçqın düşmüş 80 min sakin üçün çadır düşərgəsi qurur”, - deyə Şimşək  “Twitter” səhifəsində bildirib.

 

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin  Suriya hökumətinin şərqi Hələb üzərində nəzarəti tam bərpa etdiyini bildirib. O, həmçinin silahlıların şəhərdən çıxmasına dair razılaşmanın əldə olunduğunu təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar