Türkiyə “Rosatom”a lisenziya verdi
02 aprel 2018 23:49 (UTC +04:00)

Türkiyə “Rosatom”a lisenziya verdi

0

Türkiyənin Atom enerjisi üzrə agentliyi “Rosatom” dövlət korporasiyasına “Akkuyu” AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunub ki, “Rosatom”un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

 

Məlumata əsasən, Akkuyu” Atom Elektrik Stansiyasının təməl qoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.

 

Qeyd edək ki, Layihənin ümumi dəyəri 20 milyard dollardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar