Tunis prezidenti vəfat etdi
Tunis prezidenti Beji Kaid əs-Sebsi vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
92 yaşlı Tunis prezidenti səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən ay Tunis prezidentinin səhhəti qəfildən pisləşib və o, hospitala yerləşdirilib. Sonradan bəzi yerli KİV orqanları onun ölüm xəbərini yayıblar. Ancaq bu xəbərlər tez bir zamanda rəsmi olaraq öz təsdiqini tapmayıb.
684