Fətullah Gülənlə bağlı başladılan istintaqla əlaqədar gözaltına alınanların sayı artmaqda davam edir.
Lent.az-ın Hürriyyət-ə istinadən məlumatına görə, Ankara Mütəşəkkil Cinayətlər Şöbəsinin heyəti TRT kanalının 42 işçisini istintaqa cəlb edib. Aralarında xəbər müxbiri ilə müfəttişlərin də olduğu 42 kanal əməkdaşı ifadə vermək üçün Ankara Polis İdarəsinə aparılıb.
Qərara rəğmən saxlanılmayanların yaxalanması üçün axtarış-əməliyyat tədbirləri davam edilir.