Trampla sabiq Xüsusi Prokurordan ziddiyyətli fikirlər
25 iyul 2019 02:43 (UTC +04:00)

Trampla sabiq Xüsusi Prokurordan ziddiyyətli fikirlər

 
 
 
 
ABŞ Prezidenti Donald Tramp keçmiş Xüsusi Prokuror Robert Müllerin ifadələrinin respublikaçıların xeyrinə olduğunu söyləyib.
 
APA "RİA Novosti"yə istinadla xəbər verir ki, Tramp mediaya açıqlamasında bildirib ki, bu gün Respublikaçılar Partiyası çox yaxşı bir gün keçirir.
 
Lakin “amerikanınsesi”nin verdiyi xəbərdə isə deyilir ki, sabiq xüsusi prokuror Robert Müller konqres qarşısında bəyan edib ki, onun Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi üzərində apardığı təhqiqat Prezident Donald Trampa bəraət qazandırmayıb. 
 
Söhbət Trampın təhqiqatı əngəlləməsi barədə iddiaların sübuta yetirilib-yetirilməməsindən gedir.
 
Nümayəndələr Palatasının ədliyyə komitəsinin rəhbəri Cerrold Nadlerin "Siz prezidentə tamamilə bəraət qazandırdınızmı?" sualına sabiq xüsusi prokuror Robert Müller "Xeyr" deyə cavab verib.
 
"Prezident iddia olunan hərəkətlərinə görə bəraət almayıb" - deyə, Müller əlavə edib.
 
Eyni zamanda sabiq xüsusi prokuror izah edib ki, iqtidarda olan prezindetə qarşı cinayət ittihamı irəli sürülmnəsinə dair uzun müddətdir ki, qüvvədə olan Ədliyyə Departamenti qaydası Donald Trampa qarşı cinayət işi açılmasına imkan vermir.
 
Müller qeyd edib ki, onun komandası il boyu Trampdan üzbəüz ifadə almağa çalışsa da, prezident yalnız bəzi suallara yazılı şəkildə cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar