ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident seçkilərində qələbəsindən sonra xarici ölkə lideri ilə ilk görüşünü keçirib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Donald Tramp noyabrın 17-də Nyu-Yorkda Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.
Görüşdə müzakirə olunmuş mövzular barədə heç bir açıqlama verilməyib.
Görüşdən sonra Abe gələcəkdə Trampla etibarlı əlaqələr qura biləcəyini qeyd edib: “Biz səmimi mühitdə çox məzmunlu danışıqlar apardıq. Mən bir çox məsələlər üzrə Yaponiyanın mövqeyini açıqladım. Əminəm ki, biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla etibarlı əlaqələr qura biləcəyik”, - deyə Abe bildirib.
Yaponiya lideri görüşün detallarını açıqlamayıb. Abe görüşün qeyri-rəsmi olduğunu qeyd edib.