ABŞ-ın sabiq prezidenti Barak Obamanın mətbuat katibi hazırkı prezident Donald Trampın seçkilərdən əvvəl telefon danışıqlarının dinlənilməsinə dair ittihamları ilə bağlı şərh verib.
“Nə prezident Obama, nədə ki Ağ Evin hər-hansı məmuru heç vaxt ABŞ-ın istənilən vətəndaşının izlənilməsinə dair göstəriş verməyib. Bu iddia yalandır”, - deyə eks-prezidentin nümayəndəsi Kevin Lüis “Tvitter” səhifəsində bildirib.
Lüisin sözlərinə görə, Obama administrasiyası heç vaxt ABŞ Ədliyyə Nazirliyinin apardığı müstəqil araşdırmalara müdaxilə etməyib.
Donald Tramp ötən gün bəyan edib ki, Barak Obama seçkilərdən əvvəl, 2016-cı ildə onun telefon danışıqlarını dinləyib.