ABŞ-ın 45-ci prezidenti Donald Tramp vəzifəsinin ilk günündə nələr edəcəyini açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Tramp prezidentlik kreslosuna əyləşəcəyi ilk gün ABŞ-ın Sakitokeanətrafı Ticarət və İnvestisiya Tərəfdaşlığından geri çəkiləcəyini elan edib.
Bu təşkilat dünya iqtisadiyyatının nəhəngləri sayılan 12 ölkə tərəfindən imzalanmış bir əməkdaşlıq müqaviləsidir. 2015-ci ilin ortalarında Yaponiya, Avstraliya, Yeni Zelandiya, Kanadanın da aralarında olduğu 12 ölkə bu tərəfdaşlıq üçün razılığa gəlib, amma razılıq hələ təsdiqlənməyib.
Tramp bundan başqa, ölkənin kömür istehsalındakı məşğulluğu azaldacağını və viza suiistifadə hallarını dayandırmaqla bağlı söz verib.
“Obamacare” adlanan tibbi islahatlar və Meksika sərhədinə divar hörülməsindən isə bəhs etməyib.
Trampın vəzifədəki ilk gününə dair vədləri bunlardır:
TPP-dən çıxmaqla bağlı sərəncam imzalamaq.
ABŞ enerji istehsalındakı məhdudiyyətləri təxirə salmaq.
Kiber hücumlarla mübarizə aparmaq üçün plan hazırlanması ilə bağlı sərəncam imzalamaq.
Amerikan işçilərinin məvaciblərini aşağı salan viza suiistifadə hallarını araşdırmaq
Hökumətdən ayrılan insanlara 5 illik lobbiçilik fəaliyyətini qadağan etmək.