Merkel və Tramp Rusiyanı müzakirə etdilər
29 yanvar 2017 02:17 (UTC +04:00)

Merkel və Tramp Rusiyanı müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel ötən gün aralarında keçirilmiş telefon danışığı zamanı Rusiya ilə münasibətlər və Ukraynadakı vəziyyət də daxil olmaqla, beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə ediblər.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.  

 

“Prezident Tramp və kansler Merkel arasında geniş telefon danışığı keçirilib. NATO, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət,  Rusiya ilə münasibətlər və Ukraynadakı böhranla bağlı məsələlər müzakirə olunub”, - deyə məlumatda qeyd edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar