Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp partiyanın ona dəstək verməməsindən şikayətlənib.
“Əgər bizim partiyada dəstək olsa, biz seçkilərdə Hillari Klintona uduzmarıq”, - deyə Tramp “Röyters”ə müsahibəsində bildirib
“İnsanlar (Trampın tərəfdarları) partiya rəhbərliyindən narazıdır, çünki yuxarıdan dəstək verilsə, biz yüz faizlik qələbə qazanarıq. Lakin mən düşünürəm ki, biz istənilən halda qələbə çalacağıq”, - deyə Tramp qeyd edib.
O, həmçinin qeyd edib ki, prezident seçiləcəyi halda qanunvericilik məsələləri ilə üzrə Demokratlar Partiyasının nümayəndələri ilə çalışacaq.