Tramp Pxenyanın təklifini müsbət qarşıladı
07 mart 2018 07:06 (UTC +04:00)

Tramp Pxenyanın təklifini müsbət qarşıladı

ABŞ prezidenti Donald Tramp  Şimali Koreyanın danışıqların keçirilməsinə dair təkliflərini  müsbət qiymətləndirib.   

 

“Görünür, Şimali Koreya pozitiv addımlar atmağa başlayıb”, - deyə Tramp Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq qalmasına dair bəyanatını şərh edərkən deyib.   

 

“Cənubi Koreya və KXDR-dən gələn xəbərlər çox pozitivdir. Bu bütün dünya  üçün yaxşı olardı. Mən optimist olmaq istərdim”, - deyə o bildirib.

 

Qeyd edək ki, Cənubi Koreya hökumətinin yüksək səviyyəli nümayəndə heyəti 5-6 mart tarixində KXDR-ə səfər edərək Kim Çen Inla görüşüb. Tərəflər aprelin sonunda iki ölkə lideri arasında sammitin keçirilməsinə dair razılığa gəliblər. Bundan başqa KXDR ABŞ-la açıq dialoq aparmaq niyyətində olduğunu bildirib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar