Tramp Putinlə görüşdə "Rusiya müdaxiləsi"ndən danışdı
11 noyabr 2017 20:03 (UTC +04:00)

Tramp Putinlə görüşdə "Rusiya müdaxiləsi"ndən danışdı

0

ABŞ prezidenti Donald Tramp Vyetnamda Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusuna toxunub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.  

 

D.Peskov qeyd edib ki, Rusiya prezidenti müdaxilənin hətta ehtimalını belə qəti sürətdə rədd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar