Tramp neft borularının tikintisini bərpa etdi
25 yanvar 2017 05:19 (UTC +04:00)

Tramp neft borularının tikintisini bərpa etdi

ABŞ prezidenti Donald Tramp “Dakota Access Pipeline” və “Keystone XL” neft borularının tikintisinin bərpa olunması barədə sərəncamlar imzalayıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qeyd olunan boruların tikintisi Barak Obamanın hakimiyyəti dövründə təbiət müdafiəçilərinin etirazları səbəbindən dayandırılmışdı.

 

Məlumata görə, “Dakota Access Pipeline” borusunun tikintisi 3,8  mlrd. dollara başa gələcək. Neft bu boru vasitəsi ilə Şimali Dakotadan İllinoysa tədarük ediləcək.  

 

Şimali Dakota hinduları neft borusunun tikintisinə qarşı çıxış edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar