ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrant ailələrinin ayrılması praktikasına son qoyan fərman imzalayıb.
APA-nın məlumatına görə, bu barədə “The Hill” xəbər verib.
“Bizim sərhədlərimiz çox möhkəm olacaq. Ancaq ailələri ayırmayacağıq”, deyə D.Tramp qeyd edib.
Hesablamalara əsasən, aprel və may aylarında ABŞ-Meksika sərhədində iki min uşaq ailələrindən alınaraq xüsusi sığınacaqlara yerləşdirilib.