Tramp meksikalı həmkarı ilə görüşəcək
22 yanvar 2017 07:09 (UTC +04:00)

Tramp meksikalı həmkarı ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Penya Nyeto ilə yanvarın 31-də görüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.  

 

Onun sözlərinə görə, meksikalı prezidentin Vaşinqtona səfəri zamanı “ticarət, immiqrasiya və təhlükəsizlik” məsələləri müzakirə olunacaq.   

 

Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya dövründə qanunsuz miqrantlardan qorunmaq üçün Meksika ilə sərhəd boyu divar ucaldacağını, ABŞ-ın Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxacağını vəd edib.  ABŞ-ın  NAFTA-dan çıxacağı təqdirdə Meksika ixrac rüsumlarının artması səbəbindən milyardlarla dollar ziyan çəkəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar