Tramp Mahmud Abbasla görüşəcək
01 may 2017 22:27 (UTC +04:00)

Tramp Mahmud Abbasla görüşəcək

ABŞ prezidenti Donald Tramp Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

 

Onun sözlərinə görə, görüş mayın 3-də Ağ Evdə, Mahmud Abbasın ABŞ-a rəsmi səfəri çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, bundan əvvəl Fələstinin Rusiyadakı səfiri M.Abbasın mayın 11-də Moskvaya səfər edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar