Tramp kəşfiyyat nümayəndələri ilə görüşəcək
30 dekabr 2016 05:51 (UTC +04:00)

Tramp kəşfiyyat nümayəndələri ilə görüşəcək

0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin kəşfiyyat qurumlarının rəhbərləri  ilə görüşmək niyyətində olduğunu bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Trampın qərargahının məlumatında bildirilir.

 

“Ölkəmizin və onun gözəl sakinlərinin maraqları naminə, vəziyyətlə əlaqədar daim məlumatlı olmaq üçün  mən gələn həftə  kəşfiyyat qurumlarının rəhbərləri  ilə görüşəcəyəm”, - deyə məlumatda bildirilir.   

 

Qeyd edək ki, ABŞ Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.

 

Bundan əvvəl ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar