Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, rəqibi Hillari Klinton prezident seçiləcəyi halda aparacağı siyasət ölkəni üçüncü dünya müharibəsinə sürükləyə bilər.
APA-nın xəbərinə görə, bunu Tramp “Reuters”ə müsahibəsində deyib.
“Klintonun Suriyaya dair heç bir planı yoxdur. Onun prezident seçilməsi üçüncü dünya müharibəsi ilə nəticələnəcək. O, Liviya məsələsi ilə olduğu kimi, nə etdiyini bilmir”, - deyə Tramp bildirib.