Tillerson: “İdlibdəki kimyəvi hücumla bağlı dəlillərimiz var”
07 aprel 2017 04:00 (UTC +04:00)

Tillerson: “İdlibdəki kimyəvi hücumla bağlı dəlillərimiz var”

0

ABŞ-ın əldə etdiyi məlumatlar İdlibdə kimyəvi silahdan istifadə edilməsinə görə məsuliyyətin Bəşər Əsəd rejiminin üzərində olduğunu təsdiqləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson deyib.

 

“Bizdə şübhə yoxdur, əldə etdiyimiz məlumatlar təsdiqləyir ki, Bəşər Əsədin rəhbərlik etdiyi rejim həmin hücuma görə məsuliyyət daşıyır”, - deyə Tillerson vurğulayıb.   

 

 Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Suriya ordusunu kimyəvi silahdan istifadə etməkdə  ittiham edir. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar