Tiflisdə ən iri mebel mərkəzi yanıb
26 fevral 2013 23:25 (UTC +04:00)

Tiflisdə ən iri mebel mərkəzi yanıb

Tiflisdə «Saba» mebel ticarəti mərkəzində yanğın baş verib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, xəsarət alanlar və maddi ziyan barəsində hələlik açıqlama verilməyib.

 

Ticarət mərkəzində mebel satan 20 dükan var. Yanğın nəticəsində iki mərtəbəli binanın bir hissəsi uçub.

 

Yanğını söndürməyə 23 yanğınsöndürən maşın cəlb edilib.

# 604
avatar

Oxşar yazılar