Tiflis bazarında güclü yanğın: azərbaycanlı sahibkarlar ziyanda
07 iyun 2014 16:39 (UTC +04:00)

Tiflis bazarında güclü yanğın: azərbaycanlı sahibkarlar ziyanda

Tiflis şəhərində “8-ci polk” adlanan bazarın ərazisində yanğın baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bazarda yerləşən boya sexində baş vermiş yanğını söndürmək üçün 18 yanğınsöndürən maşın cəlb edilib.

 

Hadisə nəticəsində 800 kv.m-lik ərazi yanıb. Yanğın 1 saat ərzində söndürülüb, xəsarət alan olmayıb.

 

Yanğın nəticəsində Tiflis şəhər sakini Əlixan Quliyev, Bolnisi rayon sakinləri Ziyadxan Həsənov, Teymuraz Məmmədov, Pərviz Cəfərov və başqalarının mallarına ciddi ziyan dəyib.

 

Hələlik yanğının baş vermə səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar