Çinin Tibet muxtar rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 01:27-də qeydə alınıb. Yeraltı təkanların episentri Şiqadze dairəsində, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.