Meksikanın Duranqo ştatında “Aeromexico” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Quadulupe Viktoriya adına beynəlxalq hava limanının yaxınlığında baş verib.
Qəza nəticəsində ölən olmayıb. Təyyarənin göyərtəsində 97-si sərnişin və 4-ü ekipaj üzvü olmaqla 101 nəfər olub.