Tehranın keçmiş meri edam olunacaq
30 iyul 2019 13:17 (UTC +04:00)

Tehranın keçmiş meri edam olunacaq

İran məhkəməsi Tehran şəhərinin sabiq meri, 66 yaşlı  Məhəmməd Əli Nəcəfini edama məhkum edib. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib. 
 
O bildirib ki, sabiq mer qəsdən adam öldürməkdə və qanunsuz silah gəzdirmək ittiham olunub. Məhkəmə zərərçəkmiş tərəfin istəyi ilə onun edam olunmasına qərar verib.
 
Qeyd olunub ki, Nəcəfi bu ilin mayında ikinci həyat yoldaşı Mitra Nəcəfini odlu silahla qətlə yetirib. Zərərçəkmiş tərəf onun bağışlanmasını istəməyib.
 
Xatırladaq ki, İranın keçmiş vitse-prezidenti və Tehranın keçmiş meri olan Məhəmməd Əli Nəcəfi Həsən Ruhaninin prezidentliyi dövründə Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində də çalışıb. 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar