Tehranda gecə ziyafəti təşkil edən iki əcnəbi diplomat saxlanılıb
02 iyun 2019 05:04 (UTC +04:00)

Tehranda gecə ziyafəti təşkil edən iki əcnəbi diplomat saxlanılıb

Tehranda gecə ziyafətində Hollandiya və İngiltərədən olan diplomatlar saxlanılıb.

 

ONA-nın Tehran bürosunun məlumatına görə, adlarının açıqlanmadığı bir Hollandiya diplomatı və bir İngiltərə diplomatı cümə günü səhər qadın və kişilərin iştirakı ilə keçirilən ziyafətdə saxlanılaraq polis bölməsinə aparılıb.

 

Diplomatların kimliyi müəyyən edilib. Onlardan izahat alındıqdan sonra sərbəst buraxılıblar. Məlumatda diplomatların kimliyi açıqlanmayıb.

 

Qeyd edək ki, çox sayda qadın və kişinin iştirakı ilə keçirilən ziyafət gecəsi Tehranın Velincək bölgəsində təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar