<b>Yeni Zellandiyadan möhtəşəm təbiət</b> <span style="color:red;">GÖRÜNTÜLƏRİ
05 oktyabr 2016 17:21 (UTC +04:00)

Yeni Zellandiyadan möhtəşəm təbiət GÖRÜNTÜLƏRİ

 

Yeni Zelandiya korlanmamış təbiəti ilə görənlərin ağlını başından alır.

 

Lent.az Yeni Zelandiyanın möhtəşəm təbiətindən fotolar təqdim edir.

 

Taranaki Dağı

Egmont dağı kimi də tanınan Taranaki dağı sönmüş yanardağdır. Hündürlüyü 2518 metrdir. Dünyanın ən simmetrik vulkan konuslarından biridir.

 

Rotorua Termal Rezervləri

Aktiv geotermal bölgədir. Təbiət hadisəsi nəticəsində meydana gəlmiş dünyanın ən qəribə gözəllikləri sırasında yer alır. Qeyri-adi fotolar çəkdirmək istəyən ziyarətçilərin sevimli məkandır.

 

Waitomo Mağaraları

Yamyaşıl təpənin altında yatan bu mağaralar keçmişdə bir kənd kimi istifadə edilib. Mağaralardan, yeraltı çaylardan meydana gəlmiş bir labirentdir. Minlərlə kiçik canlının bir araya gəlməsi ilə parıltılı divarlara sahib olan bu möhtəşəm təbiət möcüzəsinə mütləq şahidlik etməlisiniz.

 

Tiritiri Matangi Adası

Hauraki körfəzi boyunca uzanan Tiritiri Matangi adası 2,2 kvadrat kilometrlik açıq təbiət qoruğudur. Vəhşi heyvanların, digər canlıların kəşf edilə biləcəyi dünyanın ən mühüm qoruqlarından biridir. İldə 30 min ziyarətçi buranı görməyə gəlir. 250 mindən çox yerli ağac növü var. Yeni Zelandiya gözəllikləri sırasında 7-ci yerdədir.

 

Tongariro yerli parkı

Yeni Zelandiyanın ən qədim yerli parkı olan Tongariro Şimali İslandiya bölgəsinin mərkəzində yerləşir. UNESCO tərəfindən 28 mədəni və təbii mirasdan biri olaraq qəbul edilən bu park, ən yaxşı dırmanış sahələrindən də biridir.

 

Taupo gölü

 

Vulkan partlayışları nəticəsində təxminən 2 min əvvəl yaranan Taupo gölü  ən  böyük şirin sulu göllərdəndir. Bura hər il təxminən 2 milyon turist gəlir.

 

Huka Şəlaləsi

 

Waikato gölündən başlayıb Taupo gölünə tökülür. Taupo vulkanın partlayışı nəticəsində 26 min əvvəl meydana gələn bu şəlalə saniyədə axan 220 min litrlik kristal rəngli suyu ilə ziyarətçilərini təəccübləndirir.  

 

Hot water sahili

Yerli və xarici turist axınına məruz qalan, ildə 7000 min ziyarətçi gələn bu yerdə suyun istiliyi 64 santigrat dərəcəyə qədər çıxır. Sahilin altında olan nəhəng sualtı anbarlar vulkan partlayışı nəticəsində meydan gəlib.

 

Te Whanganui- A-Hei kəməri

 

Yeni Zelandiyanın ən çox foto çəkilən yerlərindən biridir. Qayıqlarla gəzə biləcəyiniz bu bölgə Hahei sahilinin şimal ucunda yerləşir. İldə təxminən 150 min ziyarətçi gəlir.

 

Bay of İslands

Balıqçılıq baxımından olduqca məşhurdur. 144 ada və yarımadaya ev sahibliyi edən bu Yeni Zelandiya gözəlliyi pinqivinlər başda olmaqla, balina növləri ilə də zəngindir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar

Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14