Yaponiyada tüğyan edən “Layonrok” tayfununa görə 470 min nəfərə təxliyə olunmaq tövsiyə edilib. APA-nın “Kiodo” agentliyinə istinadən verdiyi xəbərə görə, təxliyə olunmaq tövsiyəsi Aomori, İvate və Miyaqi prefekturalarının sakinlərinə verilib.
Meteoroloqlar tayfunun çox güclü olacağını proqnozlaşdırırlar. Belə ki, tayfunun mərkəzində təzyiq 965 qektopaskal, küləyin gücü isə saniyədə 35-50 metr təşkil edəcək.
Güclü külək və leysan yağışlarla müşayiət olunan tayfun şimal-qərbə doğru saatda 40 km sürətlə hərəkət edir.