Tanınmış aktrisa  infarkt keçirib
24 dekabr 2016 10:21 (UTC +04:00)

Tanınmış aktrisa infarkt keçirib

0

Məşhur “Star Wars” filmi ilə sevilən Carrie Fisher Londondan Los Ancelesə gedən təyyarədə infarkt keçirib.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dərhal təcili yardımla xəstəxanaya yerləşdirilən aktrisanın vəziyyətinin ağır olduğu deyilir.

 

Eyni zamanda ssenarist kimi də fəaliyyət göstərən 60 yaşlı aktrisa “Cazçı qardaşlar”, “Hannah və bacıları”, “Çarlinin Mələkləri” filmlərində də rol alıb.

 

O, məşhur ifaçı Paul Simonla da bir il evli olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar