Tailandda partlayışlar nəticəsində 24 nəfər yaralandı
12 avqust 2016 03:32 (UTC +04:00)

Tailandda partlayışlar nəticəsində 24 nəfər yaralandı

Tailandın Xuaxin kurort bölgəsində törədilən iki partlayış nəticəsində yaralananların sayı 24 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğular  gül dibçəklərində gizlədilib və mobil telefon vasitəsilə işə salınıb. Birinci partlayış  turizm rayonunda gecə klubunun qarşısında törədilib, ikinci isə bir saat sonra, 100 metr aralıda yerləşən digər barın yanında törədilib.

 

Məlumata görə, yerli sakin olduğu ehtimal edilən  bir qadın xəstəxanaya keçinib. Yaralılardan 10 nəfəri əcnəbilərdir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar