Surqut aeroportuna Fərman Salmanovun adı verildi
31 may 2019 14:44 (UTC +04:00)

Surqut aeroportuna Fərman Salmanovun adı verildi

0
Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi geoloq, soydaşımız Fərman Salmanovun adı verilib.
 
Xatırladaq ki, “Rusiyanın dahi adları” müsabiqəsi ötən il keçirilib. Rusiyalılar 47 aeroporta dahi şəxsiyyətlərin adlarının verilməsi üçün səsvermədə iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar