Suriyanın Türkiyə sərhədinin yaxınlarında, İdlibə bağlı Atme qəsəbəsindəki bir çadır kənddə partlayış baş verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, partlayış zamanı 35 nəfərin öldüyü, çox sayda insanın da yaralandığı deyilir.
Suriya İnsan Haqları Rəsədxanası partlayışın bir avtobusun içindəki kamikadzenin üzərindəki partlayıcıları işə salması nəticəsində meydana gəldiyini açıqlayıb.
"Reuters"in yaydığı xəbərə görə isə avtobusun Suriyada yaşayan silahlı müaxlifləri daşıdığı və partlayışda ən az 15 nəfərin öldüyü, 25 nəfərin yaralandığı deyilir.