Suriyada qanunsuz silahlı dəstə üzvləri Dəməşq əyaləti ərazisində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə vurublar. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Azad Suriya Ordusu"-nun Twitter səhifəsində bildirilir.
Məlumata görə, insident Şərqi Kalamun rayonunda baş verib. İnternetdə dərc olunmuş videoda SU-22 təyyarəsinin vurulduğu əks olunub.
Pilotun katapült etdiyi və ökumət qüvvələrinin nəzarətində olan əraziyə eniş etdiyi bildirilir.