Suriya müxalifəti konstitusiya layihəsi üzərində işləyəcək
25 yanvar 2017 00:52 (UTC +04:00)

Suriya müxalifəti konstitusiya layihəsi üzərində işləyəcək

0

Astanadakı danışıqlarda iştirak edən Suriya silahlı müxalifətinin nümayəndə heyəti yeni konstitusiya layihəsi üzərində işləməyə hazır olduğunu bildirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.  

 

Qeyd edək ki, Moskva Suriya silahlı müxalifətin nümayəndələrinə  yeni konstitusiyanın layihəsini təqdim edib. Layihə rusiyalı mütəxəssislər tərəfindən hazırlanıb.   

 

Rusiya, İran və Türkiyə Astanada keçirilmiş iki gülük danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər. Tərəflər bəyanatda atəşkəs rejiminə nəzarət mexanizminin yaradıldığını elan ediblər. Mexanizmin detalları Tehran, Moskva və Ankara arasında hərbi kanalların vasitəsilə  işləniləcək.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar