Suriya kimyəvi silah arsenalı BMT-nin təyin etdiyi müddətdə daşınmadığından Dəməşqdəki rejim silahların məhv edilməsinin son tarixini aprelin axırına keçirilməsinə razılıq verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ və Rusiya arasındakı razılıq çərçivəsində Suriyadakı rejimin başçısı Bəşar Əsəd fevralın 5-dək 1300 tondan artıq kimyəvi zəhərləyici maddələri xaricdə məhv edilməsi üçün təhvil verməli idi.
Ancaq bu il yanvarın sonunda Kimyəvi Silahların Məhvedilməsi Təşkilatındakı ABŞ-ın təmsilçisi Robert Mikulak zəhərli qazların verilməməsində Suriyadakı rejimi təqsirli bilmişdi.
Pentaqonun başçısı Çak Heyqel məsələ ilə bağlı Dəməşqdəki rejimə təsir etməməkdə Rusiya hakimiyyətini tənqid etmişdi.