
Sudanda hərbi çevrilişə DAHA BİR CƏHD
Sudanda yenidən hərbi çevrilişə cəhd olunub.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli televiziya məlumat yayıb.
“Keçid Hərbi Şuraya qarşı çevrilişin qarşısı alınıb, 68 hərbçi istintaqa cəlb olunub”,-deyə yerli televiziyanın yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Sudanda Hərbi Şura 2019-cu ilin aprelində, uzun illər hakimiyyətdə olmuş Ömər əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ alıb. Mayın ortalarında müxalifətlə Hərbi Şura arasında ölkənin 3 il ərzində hər iki tərəfin təmsilçilərinin yer aldığı Keçid Şurası tərəfindən idarə olunması barədə razılaşma əldə olunub. Ancaq tərəflər Keçid Şurasına kimin rəhbərlik edəcəyi ilə bağlı razılığa gələ bilməyiblər. Hərbi Şura ilə danışıqların başlamasından bir neçə həftə sonra, iyunun 3-də paytaxt Xartumda müxaliflərin çadır düşərgəsi dağıdılıb. Sudan Səhiyyə Nazirliyi toqquşmalarda 61 nəfərin öldüyünü açıqlayıb.
Oxşar yazılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28