Stoltenberq: NATO Rusiya ilə münasibətlərə yenidən baxacaq
18 mart 2018 11:31 (UTC +04:00)

Stoltenberq: NATO Rusiya ilə münasibətlərə yenidən baxacaq

NATO müdafiə qabiliyyətini artırmalı və Rusiyaya proqnozlaşdırılmayan fəaliyyətinə qarşı hazır olmalıdır. APA-nın məlumatına görə, bunu bu gün NATO baş katibi Yens Stoltenberq Almaniyanın "Welt am Sonntag" nəşrində işıq üzü görən müsahibəsində bildirib. Y. Stoltenberq deyib ki, Rusiyanın nüvə potensialının böyüməsi mümkünlüyü nəzərə alınaraq, Almaniya baş naziri Angela Merkel və Alyansa üzv digər dövlətlərin başçılarının NATO-nun növbəti sammitində öncəki qərarlarına yenidən baxacaqlarını gözləyir. NATO baş katibi Alyans üzvlərinə hücuma istənilən an cavab verməyə hazır olduqlarını, ancaq müharibə istəmədiklərini vurğulayıb: "Rusiyanın tədricən nüvə silahı tətbiq etmək istiqamətində irəliləməsi təhlükəsi mövcuddur. Buna görə də NATO müdafiə qabiliyyətini artırmalıdır. Rusiya daha aqressiv və proqnozlaşdırılmayan bir dövlətə çevrilir".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar