BMT-nin xüsusi elçisi Staffan de Mistura Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan XİN rəhbəri Anuar Jaynakov bildirib.
Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.
İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.