Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Zvezda” telekanalının müxbirinin azad edilməsi üçün bütün qanuni tədbirlərin görülməsini tapşırıb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bir müddət öncə Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynadan jurnalistin sərbəst buraxılmasını tələb etmişdi.
Ukraynanın Milli Qvardiyası isə bildirib ki, müxbir qurumun döyüşçüləri tərəfindən saxlanılaraq, ölkənin Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Xatırladaq ki, “Zvezda”-nın əməkdaşı Ukrayna hərbçilərinin keçid postlarından məlumat toplamaqda şübhəli bilinir.