BMT Təhlükəsizlik Şurasının KXDR üzrə Komitəsi bir sıra Şimali Koreya şirkətinə qarşı sanksiyalar tətbiq edib.
APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Məlumata görə, “qara siyahıya” 21 şirkət, 27 gəmi və 1 fiziki şəxsin adı əlavə edilib. Sanksiyalar qeyri-qanuni neft və kömür daşınmalarına görə tətbiq edilib.