BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, sanksiyalar Şimali Koreyanın sentyabrda həyata keçirdiyi sayca beşinci nüvə sınağı ilə əlaqədar tətbiq edilib.
Məlumata görə, Təhlükəsizlik Şurasının üzvləri səsverməyə çıxarılan qərarı yekdilliklə dəstəkləyiblər.
Sanksiyalar bir sıra malların ixracına məhdudiyyətləri nəzərdə tutur.